CƏMİYYƏT
Cənubi sudanlı katib: COP29 öz layihələrimizi həyata keçirə bilməyimizdə bizə kömək olacaq
Bakı, 11 noyabr, AZƏRTAC
“Azərbaycanın ev sahibliyi etdiyi yüksəksəviyyəli COP29 tədbirinə dəvət olunduğumuz üçün minnətdarlığımı bildirirəm. Burada iştirak etmək bizim üçün olduqca əhəmiyyətlidir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Cənubi Sudanın Ətraf Mühit və Meşə Nazirliyinin katibi Jozef Afrikano Bartel deyib. O, ölkəsində iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəni dəstəkləmək məqsədli layihələrin keçirilməsi üçün kifayət qədər maliyyənin olmadığını deyib: “Hazırda bizim əsas problemimiz budur. Biz maliyyə üçün kvantın trilyonlarla olmasını istərdik. İkinci olaraq, ən əsası itki və zərər fondunun kapitallaşdırılması və fərdiləşdirilməsidir ki, bizim kimi daşqın və quraqlıqdan əziyyət çəkən 2 milyondan çox insanın məcburi köçkünə çevrildiyi ölkələr kompensasiya ala bilsin. Bu baxımdan COP29 öz layihələrimizi həyata keçirə bilməyimizdə bizə kömək olacaq”.
Katib COP29-da əsas hədəflərini də açıqlayıb: “Bizim əsas məqsədimiz maliyyə sahəsi olacaq. Çünki həyata keçirmək istədiyimiz layihələri reallaşdıra bilməyimiz üçün daha çox maliyyəyə ehtiyacımız var”.