Cənubu Koreya mətbuatı Azərbaycanın Avropaya elektrik enerjisi ixracından yazır
Seul, 20 dekabr, AZƏRTAC
Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Cənubi Koreyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreya mediasının məlumatlarında Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi stansiyalarından alınacaq elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropa İttifaqına, o cümlədən Rumıniya və Macarıstana ixracı, eləcə də, Azərbaycan qazının Rumıniyaya təchizatı məsələlərindən bəhs olunur. Məlumatlarda, həmçinin Azərbaycan Prezidentinə istinadən Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatına töhfə verməsindən, sözügedən yeni yaşıl enerji layihəsinin isə Azərbaycan ilə Avropa İttifaqı arasında daha bir körpü yaradacağından danışılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul