Ceyhun Bayramov: Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması xəbərləri həqiqətə uyğun deyil
Moskva, 23 dekabr, AZƏRTAC
Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması xəbərləri həqiqətə uyğun deyil.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrov ilə Moskvada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir bildirib ki, Laçın dəhlizində aksiya keçirən ictimai fəallar ilk gündən öz əlaqə nömrələrini elan edərək, mövqelərini açıq-aşkar bəlli ediblər. Onlar Azərbaycanın təbii ehtiyatlarının talanmasına, ekoterrora qarşı etiraz edirlər. Onların nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq məqsədləri yoxdur. Ceyhun Bayramov xatırladıb ki, humanitar təyinatlı, eyni zamanda, təcili yardım avtomobilləri dəhlizdən maneəsiz keçir.
Azərbaycan XİN başçısı vurğulayıb ki, Ermənistan tərəfi aksiya ətrafında vəziyyəti gərginləşdirməklə böhran imitasiyası yaradır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]