Ceyhun Bayramovun Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı ilə telefon danışığı olub
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]