Ceyhun Dadaşov: Bugünkü gənclər sabahkı yetkin tamaşaçılarımızdır
Bakı, 7 noyabr, Anara Axundova, AZƏRTAC
AZƏRTAC teatr sahəsinin nümayəndələri ilə silsilə müsahibələri davam etdirir. Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov öz teatrının əsas tamaşaçıları və bu gün teatrda müşahidə olunan yeniliklər barədə danışıb.
“Pantomima teatrına həm gənc, həm də yetkin tamaşaçılar gəlir. Lakin gənclər bizə daha çox meyillidirlər. Bu, sevindirici haldır, çünki bugünkü gənclər sabahkı yetkin tamaşaçılardır.
Teatrımız digər teatrlardan forma baxımından fərqləndiyindən, janrından asılı olmayaraq özünəməxsus üsluba malikdir və tamaşaçılarımızı janrın özü deyil, tamaşalarımızı təqdim etdiyimiz forma cəlb edir”, - deyə rejissor qeyd edib.
Həmsöhbətimizin sözlərinə görə, hazırda qlobal trend teatrların tamaşalarında daha çox hərəkətlilik nümayiş etdirməsidir.
“Bəlkə də bu, təbii bir prosesdir. Hamı teatrın audiovizual sənət növü olduğunu anlayır. Yeniliklərə gəldikdə isə teatrlar getdikcə daha müasir texnologiyalardan - digər sahələrdə istifadə olunan texnologiyalardan istifadə edirlər. Bu texnologiyaların hamısı hələlik Azərbaycan teatrında mövcud deyil. Amma o, bu istiqamətdə də inkişaf edir”, - deyə C.Dadaşov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [13:35]
Bakıda gənc rəssamın sərgisi açılıb
- 11.09.2026 [19:12]
Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
- 11.09.2026 [20:33]