Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 21 dekabr, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilmiş Vüsal Əlövsət oğlu Məmmədovun yanına qısa müddətli görüşə gəlmiş qohumu Bayram Məmmədağa oğlu Qaniyevin gətirdiyi sovqata baxış keçirilən zaman 400 qram həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]