Çad parlamenti hakimiyyətin bütünlüklə hərbi şuraya verilməsini dəstəkləyib
Bakı, 22 aprel, AZƏRTAC
Çad parlamentinin buraxılması və hakimiyyətin bütünlüklə keçid hərbi şurasının idarəsinə verilməsi dövlət başçısı İdris Debi İtnonun ölümündən sonra ölkədə yaranan şəraitə tam uyğundur.
AZƏRTAC SABC radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Çadın birpalatalı parlamenti - Milli Assambleyanın keçmiş rəhbərliyinin bəyanatında bildirilir.
Sənədə əsasən, parlament hökumətin buraxılması qərarını təsdiq edir və dövlət başçısı səlahiyyətlərinin hərbi şuranın rəhbəri və mərhum prezidentin oğlu general-leytenant Mahamat İdris Debi İtno tərəfindən icra olunması ideyasını dəstəkləyir.
Xatırladaq ki, Çad Prezidenti İdris Debi silahlı qüvvələrin qiyamçılara qarşı əməliyyatına rəhbərlik etmək üçün yollandığı cəbhə xəttində ağır yaralanıb və aprelin 20-də xəstəxanada vəfat edib.
Hərbçilər əvvəlcə konstitusiyaya uyğun olaraq prezident səlahiyyətlərinin icrasını parlamentin spikerinə təklif etsələr də, o, qiyamçıların hücumları nəticəsində ölkədə yaranan mürəkkəb vəziyyəti əsas gətirərək bundan imtina edib və hərbçiləri hakimiyyət boşluğunun yaranmasına yol verməməyə çağırıb. Nəticədə Çadda 15 ali generaldan ibarət keçid hərbi şurası yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]