ÇAĞIRIŞ KAMPANİYASI MÜVƏFFƏQİYYƏTLƏ KEÇİR
Ağsu rayonunda gənclərin hərbi xidmətə növbəti çağırış kampaniyası uğurla davam edir. Rayon hərbi komissarı, polkovnik-leytenant Azad Abbasov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, artıq çağırışçı gənclərin yarıdan çoxu hərbi hissələrə yola salınmışdır. Sevindirici haldır ki, çağırışdan yayınanlar yoxdur, gənclər yüksək mütəşəkkillik, siyasi şüurluluq nümayiş etdirir, vətənə olan borclarını yerinə yetirməkdən şərəf duyurlar.