Çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirməyə cəlb olunub
Bakı, 16 noyabr, AZƏRTAC
Paytaxt məktəblərində çalışan çağırışaqədərki hazırlıq rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, diaqnostik qiymətləndirmə Bakıda 3 imtahan mərkəzində (153, 158 və 263 nömrəli tam orta məktəblər) təşkil olunub. Test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunub. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, diaqnostik qiymətləndirilmənin keçirilməsində əsas məqsəd peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]
Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr
- 05.10.2026 [12:05]
Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir
- 05.10.2026 [12:02]
Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır
- 05.10.2026 [11:57]
Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol
- 05.10.2026 [11:52]