“Champions Chess Tour”: Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gələcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.
Qeyd edək ki, ötən turun nəticələrinə görə Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]