Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çantası həmişə yanında olan həkim

Bakı, 7 may, Süleyman Qaradağlı, AZƏRTAC

Onun heç bir partiya mənsubiyyəti yox idi və heç vaxt da siyasi fəaliyyətlə məşğul olmamışdı.

Gəncədə hamının yaxşı tanıdığı, çox böyük hörmət-izzət sahibi, 22 il Gəncə bələdiyyə Şurasının üzvü olmuş Ələkbər bəy Rəfibəylinin oğlu Xudadat bəy həmişə və hər yerdə həkim olaraq qalırdı- ona müraciət edənlərin dərdinə tez məlhəm qoymağa çalışırdı. Həkim çantası və lazımi dərmanlar da həmişə yanında olardı.

AZƏRTAC Azərbaycanın ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin 43 illik ömrünün bəzi məqamlarını xatırladır.

Şanlı nəslin nümayəndəsi

Xudadat bəy Rəfibəyli 1878-ci il yanvarın 12-də Gəncənin Bala Bağman məhəlləsində doğulub.1904-cü il iyunun 22-də Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirib. 1905-ci il fevralın 3-də Xarkov Təhsil popeçitelinin əmri ilə universitetin hospital klinikasının cərrahiyyə şöbəsinə ştatdankənar ordinator təyin edilir. 1907-ci il sentyabrın 20-də üçillik ordinatorluq vəzifəsini yerinə yetirdikdən sonra oktyabrın 3-də doğma Gəncəyə qayıdır.

O, Gəncəyə gələn zaman şəhərdə ali təhsilli həkim cərrahı əliçıraqlı axtarırdılar. 1907-ci il noyabrın 15-dən qubernatorun əmri ilə Gəncədəki Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasına direktor təyin edilir. Lakin o direktorluqla yanaşı, cərrahlıq fəaliyyətini də davam etdirir. Xudadat bəy cərrahlığı bir növ xeyriyyəçilik işinə çevirir. Ona üz tutan heç bir xəstəni naümid geri qaytarmır. Həm də iş təkcə cərrahlıqla bitmirdi ki…

Şəhərdə xəstəxana, tibb məntəqəsi demək olar ki yox dərəcəsində idi. Həkimlər və orta tibb işçiləri çatışmırdı, cərrahlıq isə tamamilə unudulmuşdu. Sanitariya qaydalarına əməl olunmadığından şəhərdə yoluxucu, mədə-bağırsaq, xəstəlikləri geniş yayılmış, vəba, taun, qarın yatalağı, qanlı ishal camaatı əldən salmışdı. Təkcə cərrahlıqla ötüşmək mümkün deyildi, ixtisaslı həkim olmadığından digər xəstəlikləri də müalicə etmək zərurəti yaranırdı. Ona görə də Xudadat bəy yenidən təhsil ardınca gedir.

1912-1913-cü tədris illərində Sankt-Peterburqda yarım il Knyagina Yelena Petrovna adına İmperator Klinik İnstitutunda məşhur professorların apardığı 22 ixtisas kursunun dinləyicisi olur.

1909-cu ildə titulyar müşaviri, 1910-cu ildə kollec assesoru, 1912-ci ildə isə saray müşaviri çinlərinə layiq görülür. 1915-ci il noyabrın 15-də kollec müşaviri vəzifəsinə irəli çəkilir.

1909-cu il dekabrın 18-də üç illik müddətə Yelizavetpol Mahal Məhkəməsinin fəxri barışıq hakimi - mirovoy sudya təyin edilib, 1912-ci ildə həmin müddət daha üç il uzadılıb.

1916-cı il mayın 10-da Qafqaz Ordusu baş komandanının əmri ilə Xudadat bəy Rəfibəyli Qırmızı Xaçın Yelizavetpoldakı idarə heyətinin üzvü kimi Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülüb.

1914-cü ildə həmyerlisi, Moskva Universitetinin tibb fakültəsini bitirmiş, sonralar Azərbaycan parlamentinin sədri seçilmiş Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyəti yaradırlar. Cəmiyyətin sədri Xudadat bəy, katibi isə Həsən bəy olur. Yeni tibb cəmiyyətinin ilk və əsas vəzifəsi səhiyyəni xalqa yaxınlaşdırmaq, yoluxucu xəstəliklərin qarşısını almağa nail olmaq, daha çox kasıb və imkansızlara yardım etmək və tibbi xeyriyyəçilik idi.

İlk səhiyyə naziri

1918-ci il mayın 28-də milli tariximizin ən əlamətdar hadisəsi baş verdi - Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə naziri vəzifəsi Xudadat Ələkbər oğlu Rəfibəyliyə tapşırılır. İlk kabinədə o, Səhiyyə və Sosial Təminat naziri olur.

Çox çətin şəraitdə fəaliyyətə başlayan nazirlik beş şöbədən ibarət idi: şəhər və məhkəmə tibbi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya. İlk günlərdə bütün şöbələrə bilavasitə Xudadat bəy özü baxırdı. Elə olurdu ki, tibb işçilərindən həkim əvəzi istifadə olunurdu. Sonra hər şöbəyə ixtisaslı həkimlər başçılıq etməyə başladılar. Lakin problem və çətinliklər həddindən çox, səhiyyənin vəziyyəti olduqca bərbad idi. Xəstəlik və epidemiyalar tüğyan edir, həkim kadrları, müalicə müəssisələri çatışmırdı. Xəstələr o qədər çox idi ki, artıq onların qəbulu dayandırılmışdı. Bütün ölkə miqyasında vur-tut 33 kənd xəstəxanası, o qədər də feldşer məntəqəsi vardı və onların ştatları 1 həkim, 2 feldşer, 1 mamaça və çiçəyə qarşı peyvənd edən 1 işçidən ibarət idi. Əhalinin hər 75 min nəfərinə cəmi 1 ixtisaslı həkim düşürdü. Birinci Dünya müharibəsindən sonra ölkədə yaranan qarışıqlıq bir çox kənd xəstəxanalarının dağılmasına səbəb olmuş, əhali arasında xəstəlik faizi isə hədsiz dərəcədə artmışdı. Mövcud müalicə ocaqlarının əksəriyyətində avadanlıqlar çatışmırdı, su və kanalizasiya sistemləri sıradan çıxmış, binalarda təcili təmir işlərinə kəskin ehtiyac duyulurdu.

Xudadat bəy əhalinin əksər hissəsinin yoxsulluğunu nəzərə alaraq pulsuz xəstəxanalar açılması məsələsini qaldırmışdı. Kənd səhiyyəsini yaxşılaşdırmaq üçün görülən tədbirlər əsasən əvvəllər mövcud olmuş xəstəxanaların bərpasından ibarət idi. İlk növbədə başlıca vəzifə yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdu.

Azərbaycan parlamentinə rəhbərlik edən Həsən bəy Ağayevin ixtisasca həkim olması, şəxsi münasibət və dostluğu Xudadat bəyə imkan verirdi ki, səhiyyənin vəziyyəti ilə əlaqədar tez-tez ona üz tutsun. Xalq Cümhuriyyəti yarandığı ilk gündən əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün planlar hazırlanıb qərarlar qəbul edilirdi. 1918-ci ildə hökumətin qəbul etdiyi qərarlardan biri “Ana və uşaqların sağlamlığının mühafizəsi” haqqında olub. Bununla yanaşı, həmin illərdə Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmət müəssisələrinin açılması, onların ixtisaslı kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılırdı. Ölkədə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilir, yeni xəstəxanalar, tibb məntəqələri açılır, dərman anbarları, laboratoriya binaları tikilir və lazımi avadanlıqlar alınırdı.

1918-ci ilin sentyabrında Səhiyyə və sosial təminat nazirliyi Bakıda “Metropol” mehmanxanasına (indiki Nizami Gəncəvi adına Ədəbiyyat muzeyi) köçəndən sonra fəaliyyəti daha da genişləndi. Xudadat bəyin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Bakıda ilk ekspertiza laboratoriyası yaradılır, dava-dərman və tibb avadanlığının saxlanılması üçün xüsusi anbar təşkil edilir, Gəncə yaxınlığında-Zurnabad kəndində taun əleyhinə məntəqə də açılır. Belə vaxtlarda, təzəcə addım atan nazirlik üçün bunları etmək heç də asan deyildi. Lakin Xudadat bəy digər səhiyyə müəssisələrinin yaradılması və xəstəxanalar şəbəkəsinin artırılması üçün də vəsait ayrılmasına nail olmuşdu.

Doğrudur, özünün başladığı bu işlərin bir çoxunu axıra qədər davam etdirmək Azərbaycanın ilk səhiyyə nazirinə qismət olmadı, çünki həmin ilin dekabrında təşkil edilən növbəti kabinetdə Xudadat bəy yer almadı. Amma sonrakı dövrdə onun arzusunda olduğu və bünövrəsini qoyduğu işlər həyata keçirildi.

Yenidən həkimliyə

1918-ci ilin dekabrında Xudadat bəy öz doğma işinə qayıtdı. Lakin o, nazir vəzifəsindən çıxıb xəstəxanada baş həkim işləməyi heç də öz şərəfinə aşağılıq gətirən bir hadisə, eniş kimi baxmırdı, əksinə Gəncəyə qayıdıb camaatın sağlamlığı keşiyində dayanmağı özünə şərəf hesab edirdi. Çünki o, öz peşəsini, camaatını, xalqını sevirdi və onların xidmətində durmağı da özünün bir nömrəli vəzifəsi sayırdı. Nə fərqi var - harada olur-olsun, təki ona dikilən ümidləri, ondan imdad diləyən xəstələri ağrı-acıdan, bəladan qurtarsın və ölümün pəncəsindən xilas etsin, doğmalarını sevindirsin.

“Yazıya pozu yoxdur,”- deyirlər. Bir neçə ay sevimli peşəsi ilə məşğul olandan sonra yenə də Xudadat bəyə Gəncənin valisi olmaq üçün çoxlu müraciətlər edilir. Lakin o istəmirdi, sevimli peşəsindən ayrılmaq da çətin idi, ona görə də hər dəfə imtina edirdi. Atası Ələkbər bəyin vəfatından sonra dost-tanış, qohumlar da bu yükün altına girməyi ondan xahiş edirlər. Nəhayət, 1919-cu il mayın 17-də Xudadat Rəfibəyli Gəncənin general-qubernatoru olmağa razılıq verir. Amma şərt kəsir: günün bir yarısını qubernator idarəsində, ikinci yarısını xəstəxanada işləyəcək. Razılaşırlar. Vaxt asan vaxt deyildi. Bir tərəfdə qaçaq-quldur dəstələri, heç bir hakimiyyətə tabe olmayan anarxist qruplaşmaları ilə mübarizə aparmaq, onları qayda-qanuna dəvət etmək lazım idi. O, Gəncənin dərəbəylik və səksəkəli günlərinə son qoymaq üçün öz hörmət və nüfuzundan istifadə edir, əmin-amanlıq və sabitlik yaratmaq üçün öz həyatını təhlükə altına qoymaqdan belə çəkinmir və elə öz nüfuzu hesabına da dəfələrlə qan tökülməsinin qarşısını alır. Qubernator işlədiyi müddətdə Qərbi Azərbaycanın müxtəlif yerlərindən, Göyçədən. Zəngəzurdan gələn 20 min qaçqını yerləşdirib, onlara arxa-dayaq durub. Amma bu işləri görə-görə həkim çantasını da özündən uzaq qoymur. Gəncədə ərki çatan, imkanı olan hər kəsi onlara kömək olmağa cəlb edir. Amma bütün bu işləri görməklə yanaşı həkimliyini də davam etdirirmiş. İki çantasından biri həmişə evdə, o biri general-qubernator kabinetində olarmış.

Gecənin nə vaxtı, gündüzün hansı vədəsi olsa ona üz tutan xəstələrin çağırışından boyun qaçırmazmış. Özü də təmənnasız. Həmişə xəstələrə “Mən pul üçün yox, sizə kömək etmək üçün gəlmişəm”, -deyirmiş. “Pulunuzu yemək-içməyə verin ki, yaxşı qidalanıb tez sağalasınız.” Çox vaxt onlara lazım olan dərmanları da özü verirmiş...

Son gediş

Milli səhiyyəmizin ilk səhiyyə naziri olan Xudadat bəy hər yerdə, hər məsələdə sülh və barış yolu axtarırdı, çünki onun təbiəti, nəslindən gələn ənənə belə idi. Ancaq görünür ki, belə əməlisaleh, barışçı, hamıya, hər kəsə kömək etməyə hazır olan adamları da gözü götürməyənlər də olur. 1920-ci ilin aprelində sovet hakimiyyəti qurulandan sonra təpədən dırnağa xeyirxahlıq, işıqla dolu belə bir adama qarşı olan təzyiq, basqı və qarayaxmalara başqa nə ad qoyasan?

İnsanın böyüklüyünə bax ki, ondan vəzifəsini təhvil almağa, özünü tutub aparmağa gələn adamlar həyət darvazasını döyəndə də adətinə xilaf çıxmayaraq onları xəstə bilib həkim çantası ilə qarşılarına çıxıbmış.

Bir dəstə erməninin şahid ifadələri ilə Xudadat bəy mayın 12-də Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs edilir. Bala Bağman, Böyük Bağman və şəhərin mərkəzi hissəsinin sakinləri bu xəbəri eşidəndən ayağa qalxırlar. Əli silahlı üç döyüşçü başı silindr papaqlı, çiynində qara plaş, əlində əsa olan Xudadat bəyi qabaqlarına qatıb aparırlar. Şahidlər deyirdilər ki, o, yenə də başını dik tutmuşdu, ətrafa baxmırdı. Xudadat bəy günahsız olduğunu gözəl bilirmiş və güman edirmiş ki, lap haqlı-haqsız ona iş versələr də, həbsxanada da həkimlik edəcək.

...Amma belə olmur.

...Sonra onu Bakıya aparırlar. Bakıya aparıldığı gün onu xilas etmək üçün vağzala 500 nəfərdən çox silahlı atlı dəstəsi çıxıbmış.

... Bu, onun çox sevdiyi, bütün varlığı ilə bağlı olduğu Gəncədən son gedişi olur...

Milli səhiyyə tariximizdə onun çox izləri yadigar qalıb. Onlardan biri də hər il iyunun 17-də tibb işçilərinin peşə bayramıdır. 1918-ci il məhz həmin gün Xudadat bəy Rəfibəyli Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri təyin edilmişdi...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək