Bakı, 18 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ölkədən 705 ton çay ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 4,7 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 4,5 milyon dollar olmaqla 701 ton çay ixrac edilib.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin