Çaylarda sululuq azalıb
Bakı, 1 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda sululuqla bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmanın nəticələrinə görə, iyunun 1-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13, Qanıx çayının Əyriçay məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub. Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 310, Şirvanda 133, Salyanda 70, Bankədə 179, Novruzlu məntəqəsində isə 38 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]