Çaylarda suyun səviyyəsi artmışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, intensiv yağıntılar nəticəsində Böyük Qafqazın, xüsusilə də Lənkəran-Astara bölgəsinin çaylarında sululuq artmışdır. Hazırda bu bölgənin çaylarında sululuq ongünlük normanın 100-210, Böyük Qafqazda 80-165, Kiçik Qafqazda 105-130, Naxçıvan MR çaylarında isə 90-100 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 200 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 136 kubmetrdir.
Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 564, Şirvanda 459, Salyanda 452, Bankədə 305, Araz çayının Novruzlu məntəqəsində isə 300 santimetrə çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]