Çaylarda suyun səviyyəsi ötən günlərə nisbətən azalmışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının ilk günlərində çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Böyük Qafqazda 80-160, Kiçik Qafqazda 100-130, Naxçıvan MR çaylarında isə 90-100 faizini təşkil edir.
Məlum olmuşdur ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 176 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 80 kubmetrdir.
Son dörd gün ərzində Kürün aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 23, Şirvanda 12, Bankədə 5, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində isə 38 santimetr aşağı düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]