Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 55-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Bu məntəqədə su sərfi saniyədə 20 kubmetr olub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 329, Şirvanda 157, Salyanda 83, Bankədə 173, Araz çayının Novruzlu məntəqəsində isə 37 santimetrdir.