Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1, Qanıx çayının Əyriçay məntəqəsində isə 8 sm artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb. Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 369, Şirvanda 227, Salyanda 204, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 121 sm olduğu müəyyən edilib.
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 90-180, Lənkəran-Astara bölgəsi çaylarında 70-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]