Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 7 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən yanvarın 7-də çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-210, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 60 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun 2 santimetr azalması qeydə alınmışdır. Məntəqədə su sərfi saniyədə 135 kubmetr olmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Bu məntəqədə isə su sərfi saniyədə 57 kubmetrdir.
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 422, Şirvanda 323, Salyanda 309, Bankədə 254, Araz çayının Novruzlu məntəqəsində isə 193 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]