“Çelsi”nin müdafiəçisi mövsümü erkən başa vurub
Bakı, 1 may, AZƏRTAC
İngiltərənin “Çelsi” futbol klubunun müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən mövsümü erkən başa vurub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı almaniyalı müdafiəçi İngiltərə Premyer Liqasının 36-cı turunda “Çelsi” və “Mançester Yunayted” komandaları arasında keçirilən görüşün 66-cı dəqiqəsində sol dizindən aldığı zədə səbəbindən meydanı tərk edib. Onu Andreas Kristensen əvəz edib. Klubun həkimləri futbolçunun zədəsinin ciddi olduğu üçün əməliyyat olunmasının vacibliyini qeyd ediblər.
Qeyd edək ki, A.Rüdiger cari mövsümdə “Çelsi”nin heyətində keçirdiyi 44 oyunda 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]