ÇELYABİNSK VİLAYƏTİNİN İŞ ADAMLARI AZƏRBAYCANA GƏLƏCƏKLƏR
Rusiyanın Çelyabinsk vilayətinin bir qrup iş adamı iyunun 28-də Bakıya gələcəkdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından müxbirimizə bildirmişlər ki, Çelyabinsk traktor zovodunun, STO-Molniya və FQUP-Ural Element Səhmdar Cəmiyyətlərinin mütəxəssislərindən ibarət nümayəndə heyətinə Cənubi Ural Ticarət və Sənaye Palatasının vitse-prezidenti Boris Tokorev rəhbərlik edir. Qonaqlar Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasında, İqtisadi İnkişaf, Rabitə, Müdafiə, Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Neft Şirkətində, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasında, eləcə də müxtəlif sahələrin mütəxəssisləri və iş adamları ilə bir sıra görüşlər keçirəcəklər. Səfərdən məqsəd bu təşkilatlarla tanış olub, bəzi müəssisələr ilə əlaqələri bərpa etmək və yeni iş birliyi qurmaqdır. Səfər iyulun 3-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]