Çempionlar Liqası: "Qarabağ" "Linkoln"u darmadağın edərək növbəti mərhələyə adlayıb YENİLƏNİB-6
Bakı, 30 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu doğma meydanda da sevinən tərəf olub - 5:0.
Qolları Olavio Juninyo (3 qol), Yassin Benzia və Leandro Andrade vurublar.
"Qarabağ" Çempionlar Liqasının III raundunda “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
21:35
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda beşinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 72-ci dəqiqəsində ağdamlıların heyətində Leandro Andrade fərqlənib.
Matçı danimarkalı Yakob Sandberq idarə edir.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
21:28
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda dördüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 66-cı dəqiqəsində Yassin Benzia fərqlənib.
Matçı danimarkalı Yakob Sandberq idarə edir.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
20:47
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 44-cü dəqiqəsində Olavio Juninyo komandamızın və özünün üçüncü topuna imza atıb.
Matçı danimarkalı Yakob Sandberq idarə edir.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
20:33
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, görüşün 31-ci dəqiqəsində Olavio Juninyo komandamızın və özünün ikinci topuna imza atıb.
Matçı danimarkalı Yakob Sandberq idarə edir.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
20:20
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, görüşün 17-ci dəqiqəsində Olavio Juninyo komandamızı 1:0 hesabı ilə önə keçirib.
Matçı danimarkalı Yakob Sandberq idarə edir.
Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
20:01
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, görüş 20:00-da start götürüb.