Çempionlar Liqası: “Qarabağ”ın “Ludoqorets”lə keçirəcəyi oyunların hakimləri müəyyənləşib
Bakı, 1 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib:
20:00. “Qarabağ” – “Ludoqorets”
6 avqust. Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Urs Schnyder
Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher
Dördüncü hakim: Sven Wolfensberger
VAR hakimləri: Fedayi San, Johannes von Mandach
(Hakimlər briqadası İsveçrədəndir)
22:00. “Ludoqorets” - “Qarabağ”
13 avqust. Ludoqorets Arena.
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra
(Hakimlər briqadası İtaliyadandır)
Xatırladaq ki, II təsnifat mərhələsində Qurban Qurbanovun yetirmələri Cəbəllütariqin “Linkoln” komandasını, Bolqarıstan təmsilçisi isə Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]