ÇEMPİONLAR LİQASI TURNİRİNİN YARIMFİNALÇILARI MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də futbol üzrə Çempionlar liqası turnirinin dörddəbir final mərhələsində daha iki cavab oyunu keçirilmişdir.
Nəticələr belədir: “Bavariya” (Almaniya) - “Milan” (İtaliya) - 0 :2 ,
“Liverpul” (İngiltərə) - PSV “Eyndhoven” (Hollandiya) - 1 : 0.
İlk görüşdə “Liverpul” özgə meydançasında PSV “Eyndhoven”i 3:0 hesabı ilə məğlub etmiş, “Milan” ilə “Bavariya” arasındakı oyun isə heç-heçə (2:2) nəticələnmişdi.
Beləliklə, təkrar görüşlərdən sonra “Liverpul” və “Milan” komandaları da yarımfinala çıxmışlar.
Xatırladaq ki, aprelin 10-da keçirilmiş cavab oyunlarının nəticələrinə görə, iki ingilis klubu - “Çelsi” və “Mançester Yunayted” artıq yarımfinaldadırlar.
Püşkün nəticəsinə görə yarımfinalda “Çelsi” klubu “Liverpul”la, “Mançester Yunayted” isə “Milan” komandası ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]