ÇERNOBIL YARASI KÖZ BAĞLAMIR
Sumqayıt, 26 aprel (AZƏRTAC). 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş vermiş məlum qəzanın növbəti ildönümündə Sumqayıt Şəhər İcra Hakimiyyətində Çernobıl əlilləri ilə ənənəvi görüş keçirilmişdir. Əlillər, digər görüş iştirakçıları Çernobıl AES-də həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Bildirilmişdir ki, 2003-cü ildən etibarən əlil ailələrin bir çox problemlərinin həllində müsbət irəliləyiş müşahidə olunur. Bütün bunlar Çernobıl Əlilləri İttifaqının şəhərin müxtəlif qurumları ilə uğurlu qarşılıqlı fəaliyyəti sayəsində mümkün olmuşdur.
İttifaqın şəhər təşkilatının sədri Bəylər Hacıyev bildirmişdir ki, şəhərdə müxtəlif qrupdan olan 354 əlil və 28 Çernobıl qəzası iştirakçısı yaşayır. Miqyasına və nəticələrinə görə misli görünməmiş bu faciədən ötən illərdə 61 adam dünyasını dəyişmişdir.
Əlil ailələrinin üzvləri, habelə qəzanın nəticələrinin aradan qaldırılması zamanı zərər çəkənlər şəhər rəhbərliyinin onların hər bir müraciətinə həssas yanaşdığını vurğulamışlar. Son yeddi ildə onlara fərdi tikinti üçün torpaq sahələri ayrılmış, ehtiyacı olanlar mənzillə təmin olunmuşlar. Onlara müntəzəm maddi yardım göstərilir, ictimai qurumun problemləri və bir çox digər məsələlər həll edilir.
Qeyd edək ki, qəzanın ildönümü ərəfəsində 12 əlil ailəsinə ərzaq yardımı göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]