Çetin Demirci: Zəngəzur dəhlizi bölgədə çox böyük ticari potensialı üzə çıxaracaq VİDEO
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Türk iş adamları və sənaye nümayəndələri Naxçıvanda toplaşıblar. Qarşılıqlı görüşlərlə yeni tərəfdaşlıqlar, yeni perspektivlər və yeni ticarət imkanları formalaşdırmaq üçün buradayıq. Bu toplantının mühüm bir başlanğıc olduğuna inanırıq. Bu əməkdaşlığın birlikdə daha da inkişaf edəcəyini düşünürük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi bölgədə çox böyük ticari potensialı üzə çıxaracaq.
"Azərbaycan-Türkiyə regional iqtisadi forumlarında birgə layihələr həyata keçirərək ticari əməkdaşlığı daha da gücləndirməyi planlaşdırırıq. Məlumatları və nəticələri media vasitəsilə ictimaiyyətə çatdırmağa davam edəcəyik. Arzu edirik ki, bu proses həm Türkiyə, həm də Azərbaycan üçün xeyirli və uğurlu olsun. Naxçıvana qonşu olan İğdır, Ardahan, Qars və Ərzurum kimi bölgələrimizin potensialının birlikdə inkişaf etdirməyin, yeni ticari yanaşma formalaşdırmanın vacibliyini bilirik və addımlarımızı da buna uyğun atırıq", - deyə ATSO-nun başçısı əlavə edib.