Çexiya dərman ehtiyatlarını artırır
Praqa, 11 iyul, AZƏRTAC
Koronavirus pandemiyasının ikinci dalğası ərəfəsində Çexiya dava-dərman və qoruyucu vasitələr qıtlığı ilə əlaqədar vəziyyətin fəlakət həddinə çatmasını gözləmədən öz strateji ehtiyatlarını artırmağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, bir qədər əvvəl Çində sifariş verilmiş fərdi qoruyucu vasitələrdən ibarət yükün böyük partiyası dünən Pardubitse şəhərindəki anbara qəbul edilib. Hazırda Çexiyanın zəruri maska, respiratorlar və digər qoruyucu vasitələr ehtiyatı var. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Çexiya pandemiyanın ikinci dalğasına davam gətirmək üçün özünü hazır hesab edir. Ölkədə altı həftəlik karantin tətbiq ediləcəyi hal üçün ehtiyat görülüb.
Çindən gətirilmiş materialın bir hissəsi hazırda koronavirusun əsas yayılma ocağı olan Karvina şəhərinə veriləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]