Çexiya Praqada baş verən atışmanı terrorla əlaqələndirmir
Bakı, 22 dekabr, AZƏRTAC
Çex Respublikasının daxili işlər naziri Vit Rakuşan deyib ki, Praqada baş verən atışmanın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, nazir bu barədə ST24 telekanalında danışıb.
Onun sözlərinə görə, hazırda bu hadisənin beynəlxalq terrorizmlə əlaqəli olmasına dair heç bir sübut yoxdur. Nazir polisin hadisə yerində uzun müddət çalışacağını vurğulayıb.
Qeyd edək ki, Praqanın mərkəzində tələbə D.Kozak silahla universitetə gələrək ətrafındakıları güllələyib. Hadisə Karl Universitetinin dördüncü mərtəbəsində baş verib. Ən azı 15 ölü və 25 yaralının olduğu bildirilir. İlkin məlumata əsasən, hadisə yerinə onlarla polis maşınının gəldiyini görən D.Kozak özünü güllələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]