ÇEXİYADA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN PRAQA FORUMU İŞƏ BAŞLAMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 27-də Çexiya Respublikasında azərbaycanlı tələbələrin ikigünlük Praqa Forumu işə başlamışdır. Forumun açılışı Çexiya Senatının rəsmi iclas zalında olmuşdur.
Tədbir Azəri-Çex Cəmiyyətinin təşkilatçılığı, Çexiya Senatının və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə keçirilir.
Dövlət Komitəsi əməkdaşlarının da qatıldıqları tədbir çərçivəsində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı yürüş keçiriləcəkdir.
Bundan əlavə, forumda “Çexiyada Pulsuz Təhsil“ layihəsinin və bu mövzuda saytın təqdimatı olacaqdır.
Fevralın 28-də işini davam etdirəcək forumun proqramına lobbiçilik mövzusunda dəyirmi masa, Xrudim şəhərində Azərbaycan-Ermənistan komandaları arasında futzal oyununun izlənməsi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]