Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Ştekl və keçmiş rəhbəri Stanislav Pospişil Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
RSXM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar ikitərəfli əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.
Daha sonra qonaqlara mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova aparılan elmi tədqiqatlar və görülən işlərə dair təqdimat nümayiş etdirib.