Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çiçək ətirli sevgilər şairi

Çiçək ətirli sevgilər şairi

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan ədəbiyyatının incə ruhlu, zərif təbiətli şairi, Məhsəti Gəncəvi yaradıcılığını özünəməxsus üslub və formada davam etdirən, yeni ənənələrlə zənginləşdirən Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşamışdır. Hələ ilk gənclik çağlarından özünün istedadı ilə ədəbi mühitdə ulduztək parlayan, sözündə, fikrində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatı tarixinə gözəl, dəyərli əsərlər bəxş etmişdir. “Çadra” onun “Dan ulduzu” jurnalında (1928) çap olunmuş ilk şeiri, “Şeirlər” isə (1934) ilk kitabıdır. İndiki məqamda yadıma şairin ”İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma” Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən” (1957) kitabları düşür. Bildiyimə görə, cəm halda onların sayı 35-dir. Kitabların əksəriyyəti nəşr olunduğu vaxtlardan ədəbi mühitin diqqətini cəlb etmiş, müzakirə mövzusu olmuş, oxucular tərəfindən böyük rəğbətlə, sevgi ilə qarşılanmşdır. Nigar xanımın şeirlərində, ümumən bütün əsərlərində təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları yaradıcılığının leytmotivini təşkil etmişdir.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 107 il ötür.

Bu gün sevimli şairimizin şeirlərini yenidən oxuyanda qəribə, həm də xoş hisslər keçirir, həmin şeirlərin zamanında dillər əzbəri olduğunu da xatırlayıram. Çiçəklərin adına yazdığı bahar ətirli şeirlər, ana məhəbbətilə vəsf etdiyi poetik incilər, Nizamiylə, Füzuliylə söhbətləri, balalarımızın ürəyini oxşayan bədii nümunələr, hansını deyim... Hələ tərcümə əsərləri, Məhsəti Gəncəvinin rübailəri, Nizaminin, Nəvainin qəzəlləri, A.S.Puşkindən, M.Y.Lermontov, A.Axmatova, M.Svetayeva, Qərb ədəbiyyatının görkəmli nümayəndələrindən dilimizə çevirdiyi möhtəşəm əsərlərin N.Rəfibəylinin yaradıcılığında əlahiddə yeri var.

Qəlbi çiçəklər kimi zərif, incə olan Nigar Rəfibəyli şeirinin dilində sözündə, ifadəsində bir həzinlik duyuram. Bu həzinlik insanın təbiətində bir bahar ovqatı yaradır. Bu şeirlər qışın sərt günlərində belə, insana yaz təravəti bəxş edir, könülləri nurlandırır. Güllər insana yaraşıq verir, gözəl rayihəsilə ruhumuzu oxşayır. Bir-biri ilə bəhsə girən çiçəklər insan qiyafəsində, obrazında bizimlə həmsöhbət olur. Şairin şeirləri insanla təbiət arasında bir yaxınlıq, bağlılıq duyğusu yaradır.

Nigar Rəfibəyli şeirlərinin qəribə bir işığı, istiliyi də var. Bu işığın cazibəsi alıb-aparır adamı. Bir “Qərənfil” şeiri var şairin. Burda müəllif onu elə əzizləyib vəsf edir ki, deyirsən bəs, təbiətin ən istəkli canlısı, güllərin şahıdır qərənfil. Sonra onun əksər şeirlərində bütün güllərin, çiçəklərin bənzərsiz vəsfini görəndə anladım ki, Nigar xanım bənövşəni, nərgizi, yasəməni... təbiətin yaratdığı, bitirib-yetirdiyi bütün gülləri sevir və insanın həyatına gözəllik səpən bu zərif gül-çiçəklərin yerini göstərir. Bir şeirində yazır:

Ömrümü güllərə məftun yaşadım,

Gülü, bənövşəni, nərgizi sevdim...

... Ömrümün bəzəyi oldu həmişə

Gah dağ çiçəkləri, gah aran gülü.

... Çiçəklər aləmi - incə xəyaldır,

Gözəldir, qəşəngdir zanbaq çiçəklər.

Yaxud da

Yuxuda çiçəklər görürəm hər gecə,

Öpürəm onları gizlicə...

Bu, duyğusal qadın təbiətinə xas olan zəriflikdi, ülfətdi, sevgidir. Həm də bu, sadəcə məhəbbət deyil. Əslində əksər şeirlərində güllərin, çiçəklərin insan kimi canlı obrazı var. Bu şeirlərdəki çiçəkli sevgilər işıq təki üzünə-gözünə saçılır insanın. Ruha dinclik gətirən, vəsfi göz-könülü oxşayan belə gül ətirli şeirləri kim sevməz ki! Şairin bir çox şeirlərini oxuyanda hiss etdim ki, əsərlərinin mövzusu müxtəlif və çoxçeşidli olsa da onların hamısında gül ətri, çiçək rayihəsi duyulur. Nigar xanım təbiətin bu zərif varlıqlarına insan kimi yanaşır, ətrafa təbiətin, çiçəklərin gözü ilə baxır. Elə yaradıcılığı boyu ən böyük istəyi, umacağı da təbiətdən olub. Günəşdən, meşədən, küləkdən, güllərdən, quşlardan, yarpaqdan, dağdan... hər nə istəyibsə, təbiət də bu saf qəlbli, duyğusal şairdən heç nəyini əsirgəməyib.

Nigar Rəfibəyli “Odlu-alovlu günlər”dən, müharibə mövzusundan da bəhs edib. Bir şairin, ədəbiyyat adamının düşüncələr silsiləsində qələmə aldığı şeirlərində müharibəyə gedənləri, cəbhədə döyüşənləri, yaralananları əzizi, doğması kimi sevərək vəsf edir. Əsgərləri (ömür-gün yoldaşını da) sevgililərin dili ilə ruhlandırır, bacı olaraq, qardaşlarına cəngavər təki döyüşməsini tövsiyə edir, ana kimi öyüd-nəsihət verir. Bu ağır illərdə vətən qızlarını vəsf edir, arxa cəbhədə onların mərdliyindən, qoçaqlığından söz açır. Övladın anaya, vətənə məhəbbətini dilə gətirir.

Şair səyahətdə olanda da öz müşahidələri ilə gördüklərini qələmə alır, yaxud da xəyalında yaşatdığı qəhrəmanlarını şəhərbəşəhər, kəndbəkənd gəzdirir. “Qürbətdə axşam” olanda vətən haqqında düşüncələrə dalır, qəribsəyir, vətənin acı tüstüsü, sərt küləkləri üçün darıxır. Sərhəddən kənarda gördükləri poetik yaddaşında qərib mahnılar kimi səslənir. “Rahibə”nin geyimi, soluxmuş gözləri, qupquru əlləri onu üşüdür. Məryəm ananın surəti önündə diz çökən rahibəni qınağa çəkir: “Aç başından qaranı, Gözündən yaşları sil, Canlı insan kimi bax, Qadın kimi danış, gül...” deyə, onu həyatın qoynuna səsləyir...

Şairin şeirlərinin birində qəlb ağrısı ilə söz açdığı “Bəşər oğlu” böyük Nazim Hikmətin əziz xatirəsinə yazdığı elegiyadır. Şairin əbədiyyətə qovuşduğu gündə millətindən asılı olmayaraq, onu yola salan insanların yanğısını misralarına göz yaşı kimi səpir:

Tabutunun başında

Millətləri, xalqları

Qardaş gördüm;

Rus qızının, ərəb şairinin,

Alman kommunistinin

Gözündə yaş gördüm.

... İndi sevdiyin, məhəbbətlə baxdığın

Gözlər ağlayır...

Şair həm də anadır, təkcə öz övladlarının deyil, millətin anasıdır - kədərini ürəyində çəkən, bütövlüyü, azadlığı, xoşbəxtliyi yolunda cəfalara qatlaşan mətin bir ana. N.Rəfibəyli dünyaya həm də ana məhəbbətinin işığı ilə baxır. Şair vətənin, onun övladlarının qayğısını ana kimi çəkir. Onun ən böyük məhəbbəti qurub-yaradan və yaşadan insandır. Bu da təbiidir. Dünya insanın varlığı, onun əməlləri, zəhməti ilə gözəldir. Bütün gözəlliklərin yaradıcısı, təbiətin özündən başqa, həm də insandır. Şair harada olur-olsun, Vətəndə, ya qürbətdə, düşüncəsində insanın silsilə obrazını yaradır.

Bir udum vətən suyuna,

Bir ovuc vətən torpağına

Həsrət olanları düşünürəm.

Vətəndən ayrı düşüb,

Qürbətdə qalanları düşünürəm.

Şair təbiətdə üzə gülən, gözə-könülə fərəh çiləyən gözəllikləri, dünyanı özünün şəfqəti, istisi ilə nura qərq edən ana-qadınları vəsf edir, daim dodaqları sevgi nəğmələri pıçıldayır... Hərdən mənə elə gəlir ki, Nigar Rəfibəylinin ədəbi yaddaşından süzülən, könlündən pərvazlanan çox poetik düşüncələri hələ aydınlığa çıxmamış, bəlkə də heç dünyaya gəlməmiş qəlbindəcə məhv olmuşdur. Belə düşünərkən yazıçı Anarın Nigar xanım haqqında nə vaxtsa səsləndirdiyi bu fikirləri xatırladım: “Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik... Həmişə yanındaydıq, həmişə böyründəydik, həmişə onunlaydıq; öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbi ilə baş-başa qalmağa macal tapmırdı”.

Əslində mənim gendən-genə duyduğum, hiss etdiklərim də bunlar idi. Macal tapsaydı, ədəbiyyat tariximizə daha zəngin ədəbi-mənəvi irsini bəxş edərdi. Amma Nigar xanım bir qadın-ana olaraq ailə yükünü, məsuliyyətini, cəmiyyətə fayda verəcək övladlar yetişdirməyi yaradıcılığından üstün tutmuşdu. Çünki, istedadlı şair, güclü poetik fəhmlə, həyati gerçəkliklər içində ədəbi incilər yaratmağa qadir olan şair, vətəndaş ailəni ən böyük əsəri sanırdı. Mənəvi övladları da zaman-zaman bütün varlığı ilə bağlı olduğu ailənin bətnindən doğulurdu. Şairə gücü, ilhamı verən də onun gözünün nuru, ilhamının həmişəyaşıl pöhrə-budaqları - sevimli Rəsulu, balaları idi... Amma bu gün Nigar xanımın ədəbi irsi ilə bütövlükdə tanış olanda bu hünərvər şairin ədəbi yaradıcılığındakı çoxşaxəlilik məni heyrətə gətirir. Nigar Rəfibəyli həm böyüklər, həm də uşaqlar üçün poetik əsərlər yazan lirik şairdi, tərcüməçidi, publisistdi, özü də bu sahələrin hər birində mükəmməl sənətkardı. Nə gizlədim, bütün bunların fonunda bir oxucu kimi Nigar xanımı həssas, zərif təbiətə, incə duyuma malik, əsrarəngiz güllərin, çiçəklərin insana bəxş etdiyi ülvi sevgilərin tərənnümçüsü kimi daha çox sevir və xatırlayıram...

1913-cü ildə, yazın son ayı, iyunun 23-də dünyaya gəlib Nigar xanım... Hələ bağ-bağçalar, yaşıl düzənlər, qayaların kölgəsi, daşların arası rəngbərəng gül-çiçək içindədir. Mənə elə gəlir ki, həmişə ilk yazla birgə doğulan bənövşənin, nərgizin, yasəmənin - təbiətin bütün nazlı çiçəklərinin Nigar xanımdan ötrü gözləri yaşarır. Gül-çiçəklər onun vəsflərinin, nazlı oxşamalarının həsrətini çəkirlər. Tezcə də düşünürəm ki, qəmlənməyə dəyməz... Torpaqdan boy göstərən, güc alan, günəşdən nur içən bu gül-çiçəklər hər yazda Nigar Rəfibəylini yad edir, ruhunu salama gəlir, həsrətlilər kimi sanki bir-birinə sarılır, öpüşüb-görüşürlər... Bir də düşünürəm ki, həyat nə qədər davam edəcəksə, hər açılan sabahlarda, hər doğulan baharda, elə bütün fəsillərdə Nigar Rəfibəyli özünün çoxçeşidli əsərləri ilə xalqımız tərəfindən məhəbbətlə yad ediləcək.

 

Şəfəq Nasir

yazıçı-publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir