Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
Bakı, 6 may, AZƏRTAC
Çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın sonuncu günündə böyüklər arasında mübarizə baş tutub. Avropa Oyunları Parkında keçirilən çempionatda 4 çəki dərəcəsi üzrə 60-dan çox güləşçi iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışda Rübail İbrahimli (70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq), Camal Feyziyev (+90 kq) qalib adına layiq görülüblər.