Çimərlik voleybolu üzrə Azərbaycan komandaları beynəlxalq turnirin 1/4 finalına yüksəliblər
Bakı, 30 sentyabr, AZƏRTAC
Çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatında iştirak edən Azərbaycanın kişilərdən ibarət komandaları 1/4 finala yüksəliblər.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən Vüqar Bayramov/Ülvi Rəcəbli və Vadim Kutukov/Heydər Məmmədli cütləri bu mərhələdə bir-birlərinə rəqib olacaqlar. Qarşılaşma bu gün baş tutacaq.
Yarışda iştirak edən Fidan Əhmədxanova və Larisa Smeltsovadan ibarət qadın cütü isə 1/8 finalda Türkiyə təmsilçilərinə (Ceylin.S/Su.Ş) 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, sentyabrın 29-da Türkiyənin Mersin şəhərində start götürən yarışın qalibləri oktyabrın 1-də müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]