İDMAN
Çimərlik voleybolu üzrə “CEV-EEVZA Satellite” turnirinin qalibləri müəyyənləşib
Bakı 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Bakı Su İdmanı Sarayında çimərlik voleybolu üzrə "CEV-EEVZA Satellite" turnirinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə 18 ölkədən 32 kişi və qadın cütlük mübarizə aparıb.
Kişilərin yarışında bürünc medal uğrunda görüşdə Fransa və Rusiya voleybolçuları üz-üzə gəliblər. Rəqiblərini 2:0 hesabı ilə məğlub edən Fransa təmsilçiləri turnirin bürünc medalına sahib olublar.
Qızıl medal uğrunda görüşdə isə latviyalı rəqiblərini 2:1 hesabı ilə məğlub edən Rusiya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlar arasında bürünc medal uğrunda görüşdə sloveniyalı cütlük qalib gəlib. Sloveniya voleybolçuları Fransa kollektivinə 2:0 hesabı ilə qalib gəlib.
Həlledici görüşdə isə Fransa və Rusiya voleybolçuları qarşılaşıblar. Görüş rusiyalı idmançıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.
Qaliblər medal və hədiyyələr ilə mükafatlandırılıblar.