Çin 2024-cü ildə orbitdəki stansiyasına dörd kosmik gəmi çıxaracaq
Bakı, 19 noyabr, AZƏRTAC
Çin 2024-cü ildə orbital stansiyasına dörd ədəd pilotlu yük kosmik gəmisi çıxaracaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının İnsanlı Kosmik Uçuş Proqramı İdarəsi yayıb.
Departamentin “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, gələn il göyərtəsində taykonavtlar olan “Şençjou-18” və “Şençjou-19”, həmçinin “Tiancou-7” və “Tianzcou-8” yük gəmiləri buraxılacaq. Bu missiyaların ilkin tarixləri açıqlanmayıb.
Eyni zamanda, Çin Mərkəzi Televiziyasının məlumatına görə, “Tiancou-7”nin gələn ilin əvvəlində Vençan kosmodromundan (Haynan əyalətinin cənubu) orbitə çıxarılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]