ÇİN OLİMPİADA ƏRƏFƏSİNDƏ EKOLOJİ CƏHƏTDƏN TƏHLÜKƏSİZ AVTOBUSLAR ALIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bu məqsədlə təxminən 345 milyon dollar xərcləmək və ən ciddi ekoloji tələblərə cavab verən avtobuslar almaq nəzərdə tutulur. Onların bir hissəsi maye qaz, bir hissəsi “Avro-4” standartına uyğun gələn dizel yanacağı, digərləri isə elektrik mühərriki ilə işləyəcəkdir. Bu ilin axırınadək Pekinin avtobus parkının 70 faizi “ekoloji cəhətdən təhlükəsiz” maşınlarla əvəz olunacaqdır.
Pekin hökumətinin başlıca vəzifələrindən biri yay Olimpiadası ərəfəsində paytaxtı təmiz və yaşıllıqlar şəhərinə çevirməkdir. Ötən il 20 minə yaxın taksi maşını şəhərin küçələrindən yığışdırılmışdır. Onların atmosferə buraxdığı işlənmiş qazların tərkibi “Avro-3” standartına uyğun gəlməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]