ÇİN XALQ RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ HƏRBİ ATTAŞESİ TƏYİN OLUNMUŞDUR
Səfir Çjan Xayçjou çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişafından danışmış, Szin Çjitsianqa yaxşı yol, yeni attaşeyə uğurlar arzulamışdır.
Ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirən cənab Çjitsianq demişdir ki, Azərbaycan xalqı qonaqpərpərliyi və humanistliyi ilə yaddaşımda silinməz izlər buraxmışdır. Çinə qayıdandan sonra ölkəmə səfərə gələn hər bir azərbaycanlıya vaxt ayırmaqdan qürur duyacağam. İnanıram ki, xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətləri bundan sonra daha da genişlənəcəkdir.
Ölkəmizlə ilk tanışlığın xoş təsir bağışladığını söyləyən yeni attaşe F.Veytszyan əminliklə vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və yaxın illərdə aparıcı dövlətlər sırasına çıxacaqdır.
Cənab Çjitsianqa gələcək fəaliyyətində uğurlar arzulayan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov demişdir ki, o, ölkəmizdə səmərəli işi ilə çoxlu dost qazanmışdır. Əminəm ki, yeni attaşe həmkarının fəaliyyətini uğurla davam etdirəcəkdir.