Çin XİN ölkə vətəndaşlarını İsrail və Fələstinə səfər etməməyə çağırıb
Pekin, 11 oktyabr, AZƏRTAC
Çinin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına silahlı toqquşmalarla əlaqədar İsrail və Fələstinə səfərə getməməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, nazirlik məsələyə dair xəbərdarlıq yayaraq, hazırda İsrail və Fələstində olan Çin vətəndaşlarının və qurumlarının təhlükəsizlik tədbirlərinə diqqəti artırmağı, fövqəladə hallarda sığınmaq üçün yer və azuqə hazırlamağı məsləhət görüb.
Nazirlik yaranmış vəziyyətlə əlaqədar İsraildəki səfirlik və Fələstindəki diplomatik ofisə itkin düşən Çin vətəndaşlarının tapılması, yaralıların müalicəsi üçün bütün qüvvələri səfərbər etməyi tapşırıb.
Çinin aviasiya şirkətləri də İsrailə uçuşları dayandırmağa başlayıb. “Hainan” hava yolları” Pekin, Şanxay və Şencendən Tel-Əvivə olan uçuşları dayandırıb. Bundan başqa, Honkonqun əsas aviasiya şirkəti olan “Cathay Pacific” də bu həftəyə nəzərdə tutulan Tel-Əviv reyslərini ləğv edib.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]