Çin XİN rəsmisi: Çin parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir
Bakı, 11 fevral, AZƏRTAC
Bir neçə gün əvvəl Azərbaycanda parlament seçkiləri uğurla keçirilib. Bu münasibətlə Çin tərəfi Azərbaycanı təbrik edir və Azərbaycan xalqına ölkənin inkişafı yolunda daha da böyük uğurlar əldə etməyi səmimi-qəlbdən arzulayır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan mətbuat konfransında fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Çin tərəfinin mövqeyinə dair sualı cavablandırarkən deyib.
“Çin tərəfi yaxın dost və tərəfdaş olaraq Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir. Çin Azərbaycan ilə qarşılıqlı dəstəyi artırmaqla və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksəksəviyyəli əməkdaşlıq qurmaqla iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsini arzu edir”, - deyə XİN rəsmisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]