Çində 4G mobil internet istifadəçilərinin sayı bir milyarda yaxınlaşır
Pekin, 30 oktyabr, AZƏRTAC
Çində 4-cü nəsil (4G) mobil internet istifadəçilərinin sayı 950 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, sentyabrda mobil telefon abunəçilərinin istifadə etdikləri orta aylıq internetin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 2 giqabayta çatıb.
Qeyd edək ki, Çin dünyada ən böyük 4G mobil internet şəbəkəsinə sahibdir. Gələn il ölkə ərazisindəki 4G baza stansiyalarının sayının 2 milyona çatdırılması nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [18:30]
Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam
- 01.06.2026 [18:10]
Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb
- 01.06.2026 [16:18]
Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib
- 01.06.2026 [16:14]
Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib
- 01.06.2026 [15:52]
Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var
- 01.06.2026 [15:19]