Çində əhalinin siyahıyaalınması aparılır
Pekin, 3 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasında (ÇXR) əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ÇXR tarixində 7-ci dəfə keçirilən siyahıyaalınma prosesinə təxminən 7 milyon sayıcı cəlb olunub. Onlar ev təsərrüfatlarına baş çəkərək, vətəndaşlar haqqında məlumatları toplayırlar. Artıq ölkənin rəhbər şəxsləri, o cümlədən ÇXR Sədri, Dövlət Şurasının sədri, qanunverici orqanının rəhbəri müvafiq sorğuda iştirak ediblər.
Builki siyahıyaalınmanın yeniliklərindən biri vətəndaşlara smartfonlar üçün xüsusi tətbiq vasitəsilə onlayn qaydada anketləri və sorğu vərəqələrini doldurmaq imkanının yaradılmasıdır. Siyahıyaalınmanın nəticələri gələn ilin aprelində açıqlanacaq.
Qeyd edək ki, dünyada ən çox əhalisi olan Çində siyahıyaalınma prosesi hər 10 ildən bir keçirilir. Bundan əvvəlki siyahıyaalınmanın nəticələrinə əsasən, Çin əhalisinin sayı 1,37 milyard nəfər olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]