ÇİNDƏ QIZLARIN AZLIĞI PROBLEMƏ ÇEVRİLMİŞDİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, Çində oğlanların qızlardan daha çox doğulması demoqrafik problemə çevrilmişdir. Demoqrafların fikrincə, bu problemin kökü Çin cəmiyyətində ənənəvi olaraq qadınlara laqeyd münasibət bəslənilməsindədir. Əsas səbəb isə dölün cinsini əvvəlcədən müəyyən etməyə imkan verən müasir texniki vasitələr və süni abortdur. Odur ki, mütəxəssislər cinsi ayrı-seçkiliyə son qoyan qanunların işlənib hazırlanmasını və icrasını sürətləndirməyi təklif edirlər. Onların fikrincə, qanun pozuntuları, o cümlədən doğumdan əvvəl dölün cinsinin müəyyən edilməsi ilə mübarizə gücləndirilməlidir. Mütəxəssislər qızların inkişafı üçün əlverişli sosial şərait yaratmağa da çağırırlar.