Çingiz Hüseynzadə: İdmançılarımızın qanvermə aksiyalarında iştirakı çox əhəmiyyətlidir
Bakı, 12 iyun, AZƏRTAC
Sevindiricidir ki, Avropa və dünya çempionatlarının mükafatçıları bu gün burada bizimlədirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə könüllü qanvermə aksiyası zamanı söyləyib.
Onun sözlərinə görə, idmançıların belə aksiyalarda iştirak etməsi çox əhəmiyyətlidir: "Sağlam bədəndə sağlam ruh olar. Biz də belə qərara gəldik ki, idmançılarımızı tez-tez belə aksiyalara dəvət edək. Hamı görsün ki, onlar sadəcə idman meydanında öz güclərini göstərmir, həmçinin öz qanları hesabına talassemiyadan əziyyət çəkən uşaqlara əl tuturlar".
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası keçirilir. Tədbir saat 16:00-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]