ÇOX YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, DÜZGÜN QİDALANIN
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, əsas tərkib hissələrinə görə düzgün və tarazlaşdırılmış qidalanmaya riayət edilməməsi xərçəng xəstəliklərini törədən amillər arasında tütündən sonra ikinci yeri tutur.
Oksford Universitetinin tibb alimləri apardıqları tədqiqatlardan bu nəticəyə gəlmişlər ki, qidalanmada qoyduqları məhdudiyyət, eləcə də həddiniaşma, üstəlik yemək rasionunda meyvə-tərəvəzdən az istifadə etmək, avropalılarda bədxassəli şişlərin əmələ gəlməsi riskini 30 faiz artıra bilər.