“ÇOXUŞAQLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİ HAQQINDA” YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR
Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, hazırda şöbənin əməkdaşları əlaqədar təşkilatlarla birlikdə “Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlayırlar. Qanunda çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının, gənc ailələrdə çoxuşaqlılığa meyilliliyin artırılmasının təmin olunması və digər amillər əksini tapacaqdır. Şöbə parlamentin sosial siyasət daimi komissiyası və digər komissiyalarla birlikdə daha bir neçə qanun üzərində işləyir.