CİNAYƏT TÖRƏTDİKLƏRİNƏ GÖRƏ 28 NƏFƏR HƏBS OLUNMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 şəxs tutularaq istintaq orqanlarına təhvil verilmiş, qanunsuz saxlanılan silah-sursatın yığılması ilə əlaqədar 2, narkotiklərlə bağlı 7 fakt aşkarlanmışdır. Gün ərzində dörd yol-nəqliyyat qəzası nəticəsində iki nəfər ölmüş, 6 adam yaralanmış, 4 yanğın hadisəsi qeydə alınmışdır.