CİNAYƏTKARLIQ RUSİYA ÜÇÜN MİLLİ TƏHLÜKƏYƏ ÇEVRİLMİŞDİR
Daxili işlər orqanları rəhbərlərinin Yessentukidə keçirilmiş müşavirəsində çıxış edərkən Nurqaliyev demişdir ki, vətəndaşların qanuni hüquq və mənafelərinin cinayətkarlardan müdafiəsi bu sahənin öncül istiqamətlərindəndir. 2003-cü ildə hüquq mühafizə orqanlarının fəaliyyəti daha sistemli xarakter daşıyırdı. Nazirin sözlərinə görə, açılmamış cinayətlərin sayı 25 faiz artaraq 1 milyonu ötmüşdür. DİN-in başçısı cinayətlərin açılmasının təşkilinə yenidən baxılmasının zəruri olduğunu bildirmişdir. R.Nurqaliyev vurğulamışdır ki, məmurların korrupsiyaya qurşanması faktları məlum olsa da, əsasən, aşağı rütbəli məmurlar cinayət məsuliyyətinə cəlb edilirlər.
Nazir terrorizmlə mübarizəyə də toxunmuşdur. O hesab edir ki, terrorçuların maliyyələşdirilməsi mənbələrini bağlamaq lazımdır. R.Nurqaliyev terrorçuların hərəkətlərinə uyğun tədbirlər görməyə çağırmışdır.