Coğrafiya İnstitutu: İqlim dəyişikliyi ilə bağlı suyun həcmi azalıb
Bakı, 24 aprel, AZƏRTAC
İqlim dəyişikliyi ilə bağlı suyun həcmi azalıb. Azərbaycan ərazisinin 60 faizini quraqlıqlar təşkil edir və bu, pambıq əkini artırılan Kür-Araz ovalığında daha aydın görünür. Bu səbəbdən suvarma metodunun dəyişdirilməsi vacibdir.
Bu barədə AZƏRTAC-a AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov məlumat verib.
Alim bildirib ki, insanların sudan istifadəsində israfçılığa yol vermələri problemi daha da dərinləşdirir. “Problemin həlli üçün yeni su anbarlarının yaradılması zəruridir”,-deyə akademik qeyd edib.