SİYASƏT
COP26-nın prezidenti: Azərbaycanda keçiriləcək COP29 tarixi olacaq VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Biz ənənəvi enerjinin sonunu yaşayırıq. Reallıq odur ki, iqlim dəyişmələri bizə təsir etməkdədir. Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
“COP29-un əsas çətinliklərindən biri də vəsaitlərin cəlb edilməsidir. Bunu etmək üçün biz çox çətin vəziyyətə keçid alacağıq. Azərbaycanda keçiriləcək COP29 tarixi olacaq. Hər bir COP müəyyən bir bünövrədir. COP29 bizim üçün vacibdir. Azərbaycan taleyüklü öhdəliyə malik olacaq”, - deyə o əlavə edib.