CƏMİYYƏT
COP29 Azərbaycan və Pakistan üçün yeni əməkdaşlıq imkanları yaradır
İslamabad, 7 noyabr, Hilal Əhməd, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov paytaxt İslamabadda Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransına hazırlıq və iqlimlə bağlı effektiv fəaliyyət üçün birgə səylərin vacibliyi vurğulanıb.
Səfir Xəzər Fərhadov Azərbaycan ilə Pakistan arasında davamlı inkişaf, iqlim dəyişikliyi və regional əməkdaşlıq sahələrində daha sıx əlaqələrin əhəmiyyətini vurğulayaraq, qarşıdan gələn COP29-un hər iki ölkə üçün bu sahədə əməkdaşlıq etmək və qarşılıqlı maraqlarını inkişaf etdirmək baxımından mühüm imkan yaratdığını qeyd edib.
Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru əsas iqlim problemləri üzrə beynəlxalq konsensusun yaradılmasının və ölkənin iqlim fəaliyyət planlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.