COP29-da iştirak edən italiyalı tələbə: Meşələrin öyrənilməsi ilə bağlı fənlərə önəm verilməlidir
Bakı, 19 noyabr, AZƏRTAC
COP29-da Beynəlxalq Meşələr Assosiasiyasının nümayəndəsi olaraq iştirak edirəm. Meşələr iqlim dəyişikliyinin yumşaldılması və biomüxtəlifliyin qorunması baxımından olduqca mühüm rol oynayır. Onlar iqlim dəyişikliyinə qarşı mübarizədə əsas açar elementlərdən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində İtaliyadan ölkəmizə gələn Beynəlxalq Meşələr Assosiasiyasının nümayəndəsi, Florensiya Universitetinin tələbəsi Tommaso Moneta söyləyib.
İtaliyalı iştirakçı qeyd edib ki, meşə təsərrüfatı ixtisasına və meşələrin idarə olunmasının öyrənilməsi ilə bağlı elmi fənlərə də kifayət qədər önəm verilməlidir. O vurğulayıb ki, bu sahənin mərkəzi mövqedə yer alması vacibdir və buna daha çox diqqət göstərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]